Həyat yoldaşını amansızlıqla öldürən şəxsə hökm oxunub

Gündəm 23 Oktyabr 2018 11:54 Oxunub 580
Həyat yoldaşını amansızlıqla öldürən şəxsə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hökmə əsasən, R.Feyziyev 15 il müddətinə azadlıqdan məhrum olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını amansızlıqla öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında onun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən, R.Feyziyev 15 il müddətinə azadlıqdan məhrum olunub. İttiham aktına əsasən, hadisə bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh