Uşaqları baqajda daşıyan sürücü tapıldı – 3 bal 60 manat cərimə - VİDEO

Qaydalar 23 Oktyabr 2018 14:07 Oxunub 1600
Uşaqları baqajda daşıyan sürücü tapıldı – 3 bal 60 manat cərimə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Salonda yer olmadığından yük yerinə 3 azyaşlı oğlan uşağını mindirib

Gəncə şəhəri ərazisində “VAZ-2106” markalı, 25-BG-012 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü salonda yer olmadığından yük yerinə 3 azyaşlı oğlan uşağını mindirib. Avtosfer.az xəbər verir ki, o, hətta uşaqlara hava gəlsin deyə yük qapısının arasına taxta parçası qoyub. Həmin “06” avtomobillərin intensiv hərəkət etdiyi yolda getdiyindən azyaşlılar üçün təhlükə daha ciddidir.
Görüntüləri izləyən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev Avtosfer.az-a bildirdi ki, artıq sərnişindaşıma qaydalarını pozan sürücü yol polisi tərəfindən aşkar olunub. Bu, Göygöl rayon sakini Ələddən Əkbərovdur. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə inzibati protokol tərtib edilərək cərimələnib. Onun barəsində 60 manat və 3 cərimə balı tətbiq edilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh