Bakıda sərxoş tutulan “Yaguar”ın sürücüsü məmurun oğludur – FOTO-VİDEO

Avtoxəbər 23 Oktyabr 2018 15:05 Oxunub 5338
Bakıda sərxoş tutulan “Yaguar”ın sürücüsü məmurun oğludur – FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fərhad Hacıyevin digər bahalı avtomobillərə sahib olduğu da üzə çıxıb

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ötən həftə paytaxtın müxəlif küçə və prospektlərində gecə saatlarında keçirdiyi reyd zamanı aşkar olunan sərxoş sürücülərdən biri qalmaqallı məmurlardan birinin yaxın qohumu imiş. Avtosfer.az xəbər verir ki, kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan “Yaguar” markalı, 10 NG 800 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Fərhad Hacıyev məmur oğludur. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib. Onun sərxoşluq dərəcəsi 2,26 promil olub ki, həkim bunu orta-ağır dərəcədə sərxoşluq kimi qiymətləndirib. Fərhad Hacıyevin idarə etdiyi bahalı avtomobil cərimə meydançasına aparılıb.
Avtosfer.az-ın apardığı araşdırma zamanı Fərhad Hacıyevin digər bahalı avtomobillərə sahib olduğu da üzə çıxıb.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh