Həkimlərə qarşı dələduzluq edən saxta vəkilə hökm oxunub

Gündəm 23 Oktyabr 2018 15:37 Oxunub 583
Həkimlərə qarşı dələduzluq edən saxta vəkilə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nuranə Sadıqovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O, məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq qadının təzə doğulmuş körpəsi 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb. İttiham aktına əsasən, N.Sadıqova 2017-ci ilin noybar ayında heç bir yerdə işləmədiyi və vəkillik fəaliyyəti ilə məşğul olmadığı halda, özgənin külli miqdarda əmlakını ələ keçirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh