Yol polisi avtobusu bu halda idarə edən sürücünü tapıb cərimələdi - VİDEO

Qaydalar 23 Oktyabr 2018 15:51 Oxunub 1501
Yol polisi avtobusu bu halda idarə edən sürücünü tapıb cərimələdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusu o vəziyyətdə xəttə buraxanlar da cəzalandırılmalıdırlar

Dünən Avtosfer.az saytında "Bibiheybət" ziayərtgahı ilə üzbəüz dayancaqda 99 ND 364 nömrə nişanlı marşrut avtobusunun insan həyatı üçün təhlükə yaradacaq şəkildə xəttə buraxıldığı ilə bağlı məqalə dərc olunub və videogörüntü yayılmışdı. Bakı şəhər DYPİ-dən Avtosfer.az saytına verilən məlumata əsasən, artıq sürücü tapılıb və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.5 (konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə) maddəsi ilə 50 manat məbləğində cərimə tətbiq olunub.
Ancaq elə ilk bu görüntü ilə bağlı yazılan məqaləmizdə də dediyimi kimi belə hallarda əsasən həmin sürücü yox, həmin avtobusu o vəziyyətdə xəttə buraxan səlahiyyətli nümayəndələr və şirkət sahibi cəzalandırılmalıdır. Nəticəni doğuran bütün səbəblər araşdırılmalıdır. Görüntüləri bir daha sizə təqdim edirik.

 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh