Litva-Belarus sərhədində yük avtomobillərinin uzun növbəsi yaranıb

Gündəm 23 Oktyabr 2018 15:53 Oxunub 599
Litva-Belarus sərhədində yük avtomobillərinin uzun növbəsi yaranıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən uzun növbə Litva ərazisində yaranıb; burada 350 yük avtomobili gözləyir

Oktyabrın 22-dən etibarən Litva-Belarus sərhədinin Belarusa aid olan hissəsində yük avtomobillərinin böyük növbəsi yaranıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Litva Dövlət Sərhəd Mühafizə Xidmətinin (LDSMX) mühafizə şöbəsinin rəisi Qedryus Maşutis bildirib ki, növbənin yaranması gömrük keçid məntəqələrində yükdaşımaların daha intensiv olması ilə bağlıdır. Onun sözlərinə görə, hazırda Belarusun gömrük keçid məntəqələrində 900 yük avtomobili növbə gözləyir. Şöbə rəisi əlavə edib ki, ən uzun növbə Litva ərazisində yerləşən Kamenniy Loq – Myadininkay nəzarət-keçid məntəqəsində yaranıb; burada 350 yük avtomobili gözləyir. Bundan başqa, Benyakoni-Şalcininkay nəzarət-keçid məntəqəsində 270, Privalka-Rayqardasda 230, Kotlovka-Lavorişkesdə 50 yük avtomobili toplaşıb. Q.Maşutisin sözlərinə görə, sərhəddə növbələr adi hala çevrilsə də, Litvanın sərhəd-keçid məntəqələri normal vəziyyətdə işləyir. “Bizim buraxılış məntəqələrinin fəaliyyəti tamamilə normaldır, sərhədçilər gömrükdə də maneə olmadan yük avtomobillərini vaxtında buraxırlar”, - deyə şöbə rəisi bildirib. Belarus Dövlət Sərhəd Komitəsinin verdiyi məlumata görə, iki gündür ki, 700-dən çox yük avtomobili Litvanın sərhəd-keçid məntəqələrində növbə gözləyir. Lakin “belsat.eu” xəbər portalı qeyd edir ki, Litva dövlət sərhədində 500-ə yaxın avtomobil toplaşıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh