Bakıda yola zibil atan sürücü kameraya düşdü - 10 ZV 899 - VİDEO

Avtoreyd 23 Oktyabr 2018 23:57 Oxunub 2134
Bakıda yola zibil atan sürücü kameraya düşdü - 10 ZV 899 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öz evinizdə zibili hara tökürsünüz?

Sosial şəbəkələrdə qayda pozaraq küçəni zibilləyən daha bir sürücünün videosu yayılıb. Avtosfer.az xəbər verir ki, “Hyundai” markalı 10 ZV 899 dövlət nömrə nişanlı avtomobilin sürücüsü oktyabrın 22-də, saat 14:20 radələrində Ziya Bünyadov prospektində zibili düz yolun ortasına atır və heç nə olmamış kimi yoluna davam edir. Belə hərəkətə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə nəzərdə tutulub, amma əsas mövzu bu deyil. Axı gərək insanın mənəviyyatı belə hərəkətə icazə verməsin. Hamımız da bilirik ki, bu yolları əsasən yaşlı analar süpürür. Axı siz öz avtomobilinizdə rahat gedib-gəldiyiniz yolları o analar səhər tezdən yuxularına haram qatıb təmizləməyə gəlirlər. Onsuz da "küləklər şəhəri" olan Bakının təbii toz-torpağı onların işini kifayət qədər çətinləşdirir. Heç olmasa biz sadə vətəndaşlar çalışaq ki, daha da çətinləşdirməyək. O yolu süpürən qadınlar da hansısa kiminsə həyat yoldaşı, anası, bacısıdır... 
Görüntüləri təqdim edirik.

 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh