Prokuror borca görə qətl törədən şəxslərə 86 il cəza istəyib

Gündəm 23 Oktyabr 2018 16:05 Oxunub 760
Prokuror borca görə qətl törədən şəxslərə 86 il cəza istəyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası oktyabrın 30-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham çıxış edib. Prokuror çıxışında Xəyal Paşayevin 20 il, Kənan Həsənovun 19 il, Bilal Bayramovun 19, Allahverdi Ruszpeykarın 14 və Məhəmməd Əhmədovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 30-na təyin edilib. Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhəri, 28-ci məhəllədə - bazarın yaxınlığında baş verib. İnsident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Digər şəxs - 1985-ci il təvəllüdlü, Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğluna odlu silahdan 3 atəş açılıb, o, qarın və qol nahiyələrindən yaralanıb. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan X.Paşayev əməliyyat olunub və onun həyatını xilas etmək mümkün olub. Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh