Azərbaycanlıların sevimlisi - Lada Priora

Avtoxəbər 3 Fevral 2015 15:32 Oxunub 2252
Azərbaycanlıların sevimlisi - Lada Priora
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“AvtoVaz” 51,7 min avtomobil ixrac edib

2014-cü ildə xarici avtomobil bazarlarında ən çox satılan avtomobil sedan  Lada Priora olub. Avtosfer.az “Avtostat” agentliyinə istinadən xəbər verir ki, bu modelin ən yüksək satış göstəriciləri qazaxıstanda müşahidə edilib. Avtomobil Azərbaycan, Belorusiya, Ukrayna və Misirdə populyardır. Lada Priora-dan başqa xaricdə Lada 4x4, Granta, Kalina və Largus-a da tələbat böyükdür. 2014-cü ildə “AvtoVaz” 51,7 min avtomobil ixrac edib, bu isə 2013-cü ilin göstəricisindən 34% azdır. İxracatın azalması Ukraynaya çatdırılmaların sayının və Qazaxlstanda satışların azalması ilə əlaqələndirilir. 2015-ci ilin məqsədi kimi şirkətin nümayəndələri ixracatın 100 min avtomobilə çatdırılmasını səsləndiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh