Qayınatasını öldürən kürəkənin ibtidai istintaqı yekunlaşıb

Gündəm 23 Oktyabr 2018 16:41 Oxunub 836
Qayınatasını öldürən kürəkənin ibtidai istintaqı yekunlaşıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin hazırlıq iclası oktyabrın 30-na təyin edilib

Bakıda qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 30-na təyin edilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. Qeyd edək ki, S.Şabanov bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovu küt alətlə qətlə yetirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh