BNA sürücüləri cərimələməyə başladı - Dayanma-durma qaydasını pozmayın

Avtoxəbər 23 Oktyabr 2018 17:28 Oxunub 3605
BNA sürücüləri cərimələməyə başladı - Dayanma-durma qaydasını pozmayın
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşını ikinci cərgədə və avtobus dayanacağında saxlayanlara cərimə yazılıb

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərinə başlayıb. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu məqsədlə metronun Nəriman Nərimanov və Gənclik stansiyalarının ətrafında reyd keçirilib. Reyd zamanı dayanma və ya durma qaydalarını pozan, xüsusən də nəqliyyat vasitəsini 2-ci, bəzi hallarda isə 3-cü cərgədə park edən, avtobus dayanacaq məntəqəsinin ərazisində saxlayan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin müvafiq olaraq 1 və 2-ci bəndinə əsasən cərimə sanksiyaları tətbiq edilib. Bununla yanaşı, sərnişinləri dayanacaq məntəqəsinin müəyyən edilmiş ərazisindən kənarda mindirib və ya düşürən avtobus sürücüləri də İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinin 3-cü bəndinə əsasən cərimə edilib.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.

Agentlik bildirir ki, sürücülərin dayanma-durma qaydalarına əməl etməsi üçün inzibati tənbeh tədbirləri ilə yanaşı maarifləndirmə işləri də aparılmaqdadır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh