Sualtı qayığının axtarış zonasında iki obyekt aşkarlanıb

Gündəm 23 Oktyabr 2018 20:20 Oxunub 656
Sualtı qayığının axtarış zonasında iki obyekt aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mütəxəssislər hələlik bundan öncə tapılan digər obyektin tədqiqatını aparacaq

Amerikanın "Ocean Infinity” kompaniyası 2017-ci ilin noyabrında yoxa çıxmış Argentinaya məxsus "San Juan” sualtı qayığının axtarış zonasında iki iri obyekt aşkarlayıb. Avtosfer.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, kompaniya ikinci zonada aşkarlanan obyekt barədə Argentina Hərbi Dəniz Qüvvələrini məlumatlandırıb. Mütəxəssislər hələlik bundan öncə tapılan digər obyektin tədqiqatını aparacaq. "Clarin” qəzetinin məlumatına görə, hər iki obyektə "yüksək uyğunluq ehtimalı” dərəcəsi verilib. "Ocean Infinity” kompaniyasının mütəxəssisləri uzaqdan idarəolunan sualtı aparatların köməyi ilə axtarış zonasında aşkarlanan 18 obyekti tədqiq edib. Xatırladaq ki, Argentinanın Uşuaya limanından səfərə çıxan və göyərtəsində 44 ekipaj üzvünün olduğu dizel-elektrik mühərrikli "San Juan” sualtı qayığı ilə əlaqə 2017-ci il noyabrın 15-də kəsilmişdi. Noyabrın 30-da ölkənin Hərbi Dəniz Qüvvələri ekipajin xilas edilməsi üzrə əməliyyatların dayandığını, sualtı qayığın axtarışlarının isə davam etdiyini bildirmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh