Sumqayıtda şok olay - "Qaynıma dedim ki, bacın pis yola düşüb"

Gündəm 23 Oktyabr 2018 20:45 Oxunub 888
Sumqayıtda şok olay - "Qaynıma dedim ki, bacın pis yola düşüb"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rəfayıl Feyziyev 15 il müddətinə azadlıqdan məhrum edilib

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Rəfayıl Feyziyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Rəfayıl Feyziyev 15 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, bu il mayın 18-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri Rəfayıl Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Rəfayıl arvadının ona xəyanət etdiyini öyrənib. O, bunu dəqiqləşdirmək üçün arvadını izləməyə başlayıb. Hadisə baş verən günü Rəfayıl Feyziyev arvadının başqa yad kişi ilə olan şəkilini tapıb. Ər-arvad arasında yaranan mübahisə sonda qətllə sonuclanıb. Rəfayıl Feyziyev bıçağa əl atıb. Cinayəti törədən Rəfayıl Feyziyev polisə gedərək təslim olub. İstintaq orqanı tərəfindən Rəfayıl Feyziyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. İfadə verən Rəfail Feyziyev qeyd edib ki, həyat yoldaşını namus üstündə öldürüb: "Arvadım pis yola düşmüşdü, əxlaqsızlıq edirdi. Onun qardaşına, valideyninə bu barədə məlumat verdim. Dedim ki, Rafət pis yoldadır. Amma ailə üzvləri tərəfindən onun barəsində tədbir görülmədi”. Rəfail Feyziyev deyib ki, Rafətin şəkilləri sosial şəbəkələrdə olub: "Yoldaşım sonradan deyirdi ki, kimsə onu narahat edir, ünsiyyət qurmağa vadar edirdi. Mən bunu araşdırdım, bu barədə polisə də məlumat verdim. Ancaq yenə bir iş görülmədi. Şəkilləri sosial şəbəkədən götürüb, yoldaşıma göstərdim. O da qayıtdı ki, əcəb eləmişəm, yaxşı eləmişəm. Bundan sonra cib bıçağımla onu qətlə yetirdim”. Rəfail Feyziyev qeyd edib ki, hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh