Sakinlər dayanacaq sarıdan əziyyət çəkirlər – VİDEO

Gündəm 23 Oktyabr 2018 21:05 Oxunub 630
Sakinlər dayanacaq sarıdan əziyyət çəkirlər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2 km-dən artıq məsafədə dayanacaq yoxdur

Bakının Azadlıq Prospektinin Rəsulzadə qəsəbəsi ərazisində sakinlər dayanacaq sarıdan əziyyət çəkirlər. Avtosfer.az xəbər verir ki, burada yol boyu 2 km-dən artıq məsafədə dayanacaq yoxdur. Problemdən aidiyyatı qurumlar xəbərdardır. Yol boyu təxminən 2 km-dən artıq bir məsafədə avtobus dayanacağına rast gəlinmir. Baxmayaraq ki, bura insanların ən sıx məskunlaşdığı qəsəbələrdən biri hesab edilir. Üstəlik paytaxtın ən böyük prospektlərindən biri olan azadlıq prospekti də buradan keçir. Söhbət Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ilə Metronun azadlıq stansiyasının arasındakı məsafədən gedir. Qəsəbə sakinləri deyirlər ki, təxminən 6 il əvvəl parkın yanında bir dayanacaq olub. Sonradan isə həmin dayanacaq götürülüb. Bu səbəbdən artıq bir neçə ildir ki, qəsəbə sakinləri dayanacaq sarıdan böyük əzab-əziyyət çəkirlər. Sakinlərproblemlərinin həll edilməsini istəyirlər. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qurum tərəfindən əraziyə baxış keçiriləcək. Ehtiyac olduğu müəyyən edilərsə, həmin əraziyə dayanacaq qoyula bilər. Qurumdan o da bildirildi ki, vətəndaşlar belə hallarda mütləq agentliyə məlumat versinlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh