“Lamborghini”nin yeni modeli üzə çıxdı - FOTO

Avtodünya 24 Oktyabr 2018 03:01 Oxunub 2317
“Lamborghini”nin yeni modeli üzə çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil 6.5 litrlik, 789 at güclü, V12 obrazlı mühərriklə və 49 at güclü elektrik mühərriki ilə təchiz ediləcək

İtaliyanın məşhur avtomobil brendi “Lamborghini” yeni modelinin gizli təqdimatını keçirib. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, tədbirdə cəmi 200 nəfər seçilmiş müştəri iştirak edib. Sonradan məlum olub ki, şirkət yeni seriya istehsalı hibrid modeli təqdim etməyə hazırlaşır. Yeni superkarın tirajı elə də çox olmayacaq. Cəmi 63 model satışa çıxarılacaq. Bir avtomobilin qiyməti 2.5 milyon dollar nəzərdə tutulub. Məlum olub ki, yeni model “Unico” adlandırılacaq və “LB48H” kodu altında olacaq. İlkin versiyaya görə, “Lamborghini Unico” 6.5 litrlik, 789 at güclü, V12 obrazlı mühərriklə və 49 at güclü elektrik mühərriki ilə təchiz ediləcək. Bundan başqa “Unico” özü bərpaedilən karbon kuzovla təchiz ediləcək. İlk dəfə bu texnologiya “Terzo Millenio” modelində təqdim edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh