Qırmızı mikroavtobusla qırmızıdan keçənlər də var - VİDEO

Avtoreyd 24 Oktyabr 2018 14:00 Oxunub 2224
Qırmızı mikroavtobusla qırmızıdan keçənlər də var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəlkə "cibinə" ziyan gəldikdən sonra bir daha belə avtomobil idarə etməz

Avtosfer.az saytına daha bir kobud qayda pozan sürücünün videogörüntüsü göndərilib. 24.10.2018 tarixində 07:28 rədələrində, Gəncə prospektində 99 RX 218 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü svetoforun qırmızı işığında hərəkəti davam etdirir.
Bu sürücülər doğurdanmı demək olar ki, baş verən qəzalardan, ağır faciələrdən ibrət götürmür? Belə yerdə yalnız bir yol qalır. Cəza üsulu. Ümid edirik ki, DYP rəsmiləri sürücünün tapılıb protokolun yazılmasını təmin edəcəklər. Bəlkə "cibinə" ziyan gəldikdən sonra bir daha belə avtomobil idarə etməz. Videogörüntünü göndərən vətəndaş artıq qayda pozan sürücü ilə bağlı DYP İdarəsinin rəhbərliyinə elektron qaydada şikayət etdiyini bildirir. Görüntüləri təqdim edirik.
 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh