DİN Yasamal rayonunda maarifləndirmə tədbiri keçirib

Yeniliklər 24 Oktyabr 2018 22:34 Oxunub 1178
DİN Yasamal rayonunda maarifləndirmə tədbiri keçirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, videoçarx nümayiş etdirilib

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Yasamal rayonundakı 153 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə növbəti maarifləndirmə tədbiri keçirilib. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, tədbirdə rayon polis idarəsinin, rayon icra hakimiyyətinin nümayəndələri, eləcə də pedaqoji heyət, narkoloq və psixoloqlar da iştirak ediblər. DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov tədbirdə çıxış edərək tədbirin məqsədi və müzakirəyə çıxarılan mövzulardan danışıb. “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının və radikalyönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu” və “İnternetdən təhlükəsiz istifadə” mövzularında çıxış edən A.Adıgözəlov törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib, tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğunu nəzərə çatdırıb. Rayon polis idarəsinin nümayəndələri, rayon icra hakimiyyəti başçısının müavini, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri, təhsil və VVAQ şöbələrinin əməkdaşları, narkoloq-həkim və psixoloqlar yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, həmçinin “Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması”, “Dini radikalizm” mövzularında çıxışlar ediblər. Çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyü vurğulanıb. Müzakirələrdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, videoçarx nümayiş etdirilib.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh