Bakıda toy karvanında dəhşət; 14 yaşlı oğlan öldü

Avtoxəbər 4 Fevral 2015 00:40 Oxunub 4674
Bakıda toy karvanında dəhşət; 14 yaşlı oğlan öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toy karvanında «avtoş»luq edən sürücü qarşı yola çıxaraq qəza törədib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, yanvarın 31-də saat 17.25 radələrində, 20 Yanvar küçəsi 36-nın qarşısında Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü  Rəşad Alışov idarə etdiyi “Opel” markalı avtomobillə 2001-ci il təvəllüdlü Sərxan Yaqubovu vurub. Xəstəxanaya yerləşdirilən yaralı fevralın 2-də günorta saatlarında orada ölüb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən sürücü həmin vaxt idarə etdiyi «Opel»lə toy karvanında hərəkət edirmiş. Sürücü kobud qayda pozuntusu törədərək qarşı yola çıxıb və toy karvanının qarşısına keçməyə çalışıb. Qarşıdan maşın gəldiyini gördükdə sürəti artıraraq istəyinə nail olub. Toy karvanı dayanaraq ona yol verib. Amma sürət yüksək olduğu üçün sürücü avtomobili saxlaya bilməyib və yolun kənarında dayanmış 14 yaşlı oğlanı vurub. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qəza törədən sürücünün həbs olunduğu bildirilir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh