Əks yola çıxan növbəti avtobus - "Çinar Trans” - FOTO

Xəbərlər 25 Oktyabr 2018 13:19 Oxunub 4322
Əks yola çıxan növbəti avtobus - "Çinar Trans” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus tam olaraq əks yola çıxıb və təhlükəli vəziyyət yaradıb

Oktyabrın 24-də paytaxtın Dilavər Əliyeva küçəsində daha bir avtobus sürücüsü kobud qayda pozuntusuna yol verib. Avtosfer.az saytına daxil olan fotolardan da göründüyü kimi, içi sərnişinlə dolu və "Çinar Trans” MMC-yə məxsus 4 saylı marşrut üzrə hərəkət edən 99 JK 284 dövlət nömrə nişanlı avtobus tam olaraq əks yola çıxıb.
Son günlər elə bizim saytda demək olar ki, hər gün kobud şəkildə qayda pozan, insan taleyini heçə sayan marşrut avtobusları ilə bağlı yazılar dərc olunur. Videogörüntü və fotolar paylaşılır. Hələ bunlar bizə göndərilənlərdir. Görün qeydə alınmayanlar nə qədərdir? Görəsən daha neçə avtobus qəzaları, insan ölümü ilə nəticələnən faciələr olmalıdır ki, səlahiyyətli şəxslər, rəsmi orqanlar hiss olunacaq, gözlə görünəcək əməli fəaliyyətə başlasınlar?
Fotoları sizə təqdim edirik.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh