Millət vəkili yol polisinin fotosunu paylaşdı - FOTO

Yol polisi 25 Oktyabr 2018 14:09 Oxunub 1532
Millət vəkili yol polisinin fotosunu paylaşdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aydın Mirzəzadə: “Yol polisinin bu cür davranışı xoş təəssürat yaradır”

Milli Məclisin deputatı Aydın Mirzəzadə yol polisi ilə bağlı daha bir foto paylaşıb. Feysbuk sosial şəbəkəsində paylaşdığı fotoya millət vəkili belə izah verib: “Bakıda yol polisi ərəb turist qadını avtomobil yolundan keçirir”.
Avtosfer.az-a açıqlamasında deputat Aydın Mirzəzadə bildirdi ki, bu görüntünü özü avtomobildə olarkən çəkib və paylaşıb: “Çünki belə görüntülər məndə xoş təəssürat yaradır. Əcnəbi vətəndaşdır, həm də yaşlı insandır. Yolu keçməyə çətinlik çəkirdi. Bunu kənardan görən yol polisi əməkdaşı tez həmin yerə yaxınlaşdı və maşınları saxlayaraq ərəb turist qadını yoldan keçirib geri qayıtdı. Belə halları həmişə maraqla izləyirəm və paylaşıram ki, başqaları üçün də yaxşı nümunə olsun”.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh