Bakı polisi turistin itirdiyi portmanatı tapıb özünə qaytardı - FOTO

Yol polisi 25 Oktyabr 2018 20:32 Oxunub 988
Bakı polisi turistin itirdiyi portmanatı tapıb özünə qaytardı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, nəzakətli davranışa və xoş münasibətə görə polis əməkdaşlarına təşəkkürünü bildirib

Ötən gecə saat 00:10 radələrində Bakı metrosunun “Avtovağzal” stansiyasında xidmət aparan Metropolitendə Polis şöbəsinin əməkdaşlarına yaxınlaşan bir nəfər portmanatını itirdiyini bildirib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Polis məntəqəsinə dəvət olunan həmin şəxsin Rusiyadan ölkəmizə turist kimi gəlmiş Nikita Runkovski olduğu məlum olub. Paytaxtdakı hostellərin birində qaldığını deyən turist Şəkidən gələrkən portmanatını taksidə unutduğunu, gecələmək üçün pulu olmadığından ümid yeri kimi polisə müraciət etdiyini bildirib. Polis əməkdaşları müəyyən məlumatları dəqiqləşdirdikdən sonra Nikitanı hostelə yerləşdiriblər və dərhal portmanatın tapılması üçün əməliyyat tədbirlərinə başlayıblar. Bakı Beynəlxalq Avtovağzalına yollanan əməkdaşlar qısa vaxtda turistin gəldiyi taksini müəyyənləşdiriblər. Sürücü, həqiqətən də, portmanatın avtomobildə qaldığını deyib və onu polislərə təqdim edib. Səhər tezdən Metropolitendə Polis şöbəsinin rəhbərliyi Nikita Runkovski ilə əlaqə saxlayıb bu barədə məlumat verib. Rusiyalı turist belə operativliyə və peşəkarlığa görə, xüsusən də nəzakətli davranışa və xoş münasibətə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh