Plana etiraz edən avtobus sürücüləri işdən çıxarıldı - VİDEO

Xəbərlər 4 Fevral 2015 02:08 Oxunub 1662
Plana etiraz edən avtobus sürücüləri işdən çıxarıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda planın qaldırılmasından narazı qalan sürücülər tətil ediblər

Fevralın 3-də paytaxtın mərkəzində fəaliyyət göstərən 96 saylı marşurut xətti üzrə fəaliyyət göstərən avtobusların sürücüləri etiraz əlaməti olaraq xəttə çıxmayıb. Buna səbəb isə bu marşurut xəttinin sahibkarının planı qaldırmasıdır. Nəticədə 24 ədəd 96 saylı avtobus paytaxtda deyil, qarajda hərəkətsiz vəziyyətdə dayanıb. 50 nəfər sürücünün bu hərəkəti onlara heç də uğur qazandırmayıb. Əksinə sözügedən marşurut xətti başqa bir MMC tərəfindən alınıb. Nəticədə Füzuli meydanından beynəlxalq avtovağzal istiqamətinə əvvəlki iri tutumlu avtobuslar deyil, orta tutumlu avtobuslar hərəkət etməyə başlayıb. Vəziyyətlə barışıb xəttə çıxan sürücülərin iri tutumlu avtobusları əllərindən alınaraq cərimə meydançasına yerləşdirilib. Sürücülər deyir ki, onlar planın qaldırılmasına etiraz ediblər, nəticədə də işsiz qalıblar. “Əlimizdən bu xəttin alınması üçün belə plan hazırlandı. Bu gün isə xəttə çıxmışıq, amma avtobusları alıb aparıblar. Mən indi gedib harda işləməliyəm?”, – deyə sürücü Taleh Ağayev şikayət etdi.

Problemlə bağlı ilk olaraq Nəqliyyat Departamentindən bildirildi ki, günah sürücülərin özündə olub. Doğrudur planın qaldırılması təklif olunub. Amma sürücülərin narazalığına görə o təklif geri götürülüb. Di gəl onlar xəttə çımadıqları üçün başqa sahibkara avtobuslarının isifadəyə verilməsi tapşırılıb. 

Amma indi işsiz qalmış sürücülər başqa marşurut xətti üzrə hərəkət edən avtobuslarda işlə təmin ediləcək. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, məsələdən xəbərdardılar. Artıq bu istiqamətdə araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh