Yol polisi "Land Gruiser"dən 1 kiloqram heroin aşkarladı - Sumqayıtda

Yol polisi 26 Oktyabr 2018 12:13 Oxunub 1124
Yol polisi "Land Gruiser"dən 1 kiloqram heroin aşkarladı - Sumqayıtda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişin həmin narkotiki Masallı rayonu ərazisində tanımadığı İran vətəndaşından alıb

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota-Land Gruiser” markalı avtomobil şəhər ərazisində nəzarət qaydasında saxlanılıb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, səxsi axtarış zamanı sərnişin, Masallı rayon sakini İltimas Əliyevin üzərindən çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı İ.Əliyevin həmin narkotiki Masallı rayonu ərazisində tanımadığı İran vətəndaşından aldığı və İ.Babayevlə birgə satmaq məqsədi ilə Sumqayıt şəhərinə gəldikləri müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh