“Porsche 911”in yeni şəkilləri dərc edilib - FOTO

Avtoxəbər 27 Oktyabr 2018 04:30 Oxunub 1974
“Porsche 911”in yeni şəkilləri dərc edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bizə iki nəslin eksteryerini müqayisə etmək imkanı verir

Porsche 911 sportkarının yeni nəsli haqqında kifayət qədər məlumat vermişik. Avtosfer.az xəbər verir ki, yeni sportkarın cəsuslar tərəfindən çəkilmiş şəkillərini də dəfələrlə çap edilib. Hətta, bir müddət bundan öncə istehsalçı özü yeni sportkarın cüzi kamuflyaja bürünmüş prototiplərinin şəkillərini də dərc edib. Bu gün isə əfsanəvi sportkarın yeni şəkilləri yayılıb. Əslində avtomobilin cəsus şəkilləri sizin üçün artıq adiləşə də bilər. Lakin, bu gün Motor1.com saytı tərəfindən dərc edilmiş şəkillər başqadır - burada yeni nəsil və cari nəsil 911 modeli birlikdə yaxalanıb. Bu isə bizə iki nəslin eksteryerini müqayisə etmək imkanı verir. Ön tərəfdən baxdıqda elə də ciddi fərqin olmadığı nəzərə çarpır - yeni kapot və ön bamper o dəqiqə diqqəti cəlb edir. Arxa hissədəki dəyişikliklər daha ciddi xarakter daşıyır - arxa şüşə, fənərlər və bamper tamamilə başqa formaya malikdirlər. (autograph.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh