Fernando Alonso Formula 1-dən gedişinin səbəblərini açıqlayıb

Yarışma 26 Oktyabr 2018 20:45 Oxunub 1324
Fernando Alonso Formula 1-dən gedişinin səbəblərini açıqlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“37 yaşım var və mən daha Formula 1-də iştirak etmək istəmirəm”

“Maklaren” komandasının pilotu Fernando Alonso bildirib ki, çoxları mövsümün sonunda onun Formula 1 ilə vidalaşmasının səbəbini 2019-cu il mövsümündə rəqabətədavamlı bolidin yoxluğu əlaqələndirirlər, amma bu, belə deyildir.

Avtosfer.az xəbər verir ki, F.Alonso deyib: “Əslində, gələn il rəqabətədavamlı maşın əldə edə bilərdim. Mən buna görə getmirəm. Bunu avqust ayından deyirəm. Mən gedirəm, çünki Formula 1-də bütün istəklərimə nail oldum. Mən Formula 1-ə gəldim, Formula 1 Qran-Prisini uddum, Formula 1 çempionu oldum, Formula 1 rekordlarının bir çoxunu təzələdim. Mən “Maklaren”, “Reno” , “Ferrari” uğrunda mübarizə apardım. 37 yaşım var və mən daha Formula 1-də iştirak etmək istəmirəm. Formula 1 ilə bağlı arzularımın hamısı həyata keçdi. Avtomobil idmanında Formula 1-dən daha cəlbedici yeni istiqamətlər var. Mən gedirəm, çünki düşünürəm ki, Formula 1-in hüdudlarından kənarda daha yaxşı yürüşçü, daha rəqabətədavamlı pilot ola bilərəm. Zənnimcə, həyatımın bu fəsli böyük uğurla başa çatıb. Ola bilsin, qalib gəlmək istədiyim başqa seriyalar var. Mən avtomobil idmanının digər sahələrində müvəffəqiyyət qazana bilməmişəm. Odur ki, bunu etməyə çalışacağam”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh