BMW Portuqaliyadan 25 min avtomobilini geri çağırıb

Avtoxəbər 27 Oktyabr 2018 10:01 Oxunub 1074
BMW Portuqaliyadan 25 min avtomobilini geri çağırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Qüsurunun aradan qaldırılması və dəyişdirilməsinə bir saatdan üç saata qədər vaxt tələb olunacaq"

Almaniyanın BMW konserni 2010-cu ilin avqust ayından 2017-ci ilə qədər istehsal olunan dizel nəqliyyat vasitələrində işlənmiş qazların ötürmə sistemindəki nasazlıq səbəbindən Portuqaliyadan 25 min avtomobilini geri çağırıb. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, BMW ümumilikdə dünya üzrə 1,6 milyon avtomobili yoxlanılma üçün geri çağırır. Şirkətin rəsmi nümayəndəsi əlavə edib ki, "bu proses müştərilərdən heç bir əlavə xərc tələb etməyəcək" və "müvafiq hissənin qüsurunun aradan qaldırılması və dəyişdirilməsinə ehtiyac olduğunun müəyyən edilməsi üçün bir saatdan üç saata qədər vaxt tələb olunacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh