“McLaren Speedtail” hiperkarının FOTOları

Avtoxəbər 27 Oktyabr 2018 23:20 Oxunub 1032
“McLaren Speedtail” hiperkarının FOTOları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni hiperkar bu gün təqdim edilələcək

Bu gün internet şəbəkəsində yeni McLaren Speedtail superhibridinin şəkilləri peyda olub. Xatırladaq ki, yeni hiperkar bu gün təqdim edilələcək. Ultimate Series xəttinin bir hissəsi olacaq avtomobil britaniya markasının ən yeyin modeli olacaq. Bundan başqa, Speedtail müştərilərinə görünməyən fərdiləşmə imkanları veriləcək. McLaren Speedtail hiperkarı Bugatti Chiron və Koenigsegg Agera RS kimi modellərin rəqibi olmalıdır. Eyni zamanda, Speedtail 1990-cı illərin əfsanəvi avtomobillərindən olan McLaren F1 modelinin ideoloji davamçısı hesab edilir. McLaren şirkətinin tarixində ən yeyin model olan Speedtail 1000 at qüvvəsi hasil edən hibrid güc qurğusuna sahib olacaq. Qurğunun əsasını McLaren 570S GT4 yarış avtomobilində istifadə edilən iki turbokompressorlu V8 mühərriki təşkil edəcək.

Dərc edilmiş fotoşəkillərdən də göründüyü kimi, Speedtail qeyri-adi eksteryer və interyer dizaynına malikdir. Mərkəzdə əyləsən sürücünün qarşısında olan üç displeyi görmək olar. İri formalı cihazlar panelinin sağ və solunda olan sensorlu displeylər, böyük ehtimalla, yan güzgüləri əvəz edən kameralardan əldə edilən görüntüləri əks etdirir. 106 nüsxəlik tirajla buraxılacaq Speedtail 1+2 oturacaq formulu, tamamilə karbondan hazırlanmış kuzov və unikal aerodinamika ilə seçiləcəkdir. İlkin məlumata görə, McLaren Speedtail 391 km/saat həddinə qədər sürətlənəcəkdir. Hiperkarın 2,3 milyon dollardan başlayan qiymətlərlə satılacaqdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh