“Hyundai N” bölümü öz sportkarını buraxacaq - FOTO

Avtoxəbər 27 Oktyabr 2018 22:34 Oxunub 1229
“Hyundai N” bölümü öz sportkarını buraxacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihəyə şirkət rəhbərliyi tərəfindən artıq "yaşıl işıq" yandırılıb

“Hyundai” modellərinin idman modifikasiyalarını hazırlayan N bölümü Mercedes-AMg bölməsindən nümaunə götürərək öz modelini hazırlamaq niyyətidədir. Layihəyə şirkət rəhbərliyi tərəfindən artıq "yaşıl işıq" yandırılıb. Bir neçə aylıq söz-söhbətdən sonra Hyundai şirkətinin N bölümünə koreya markasının seriya modellərinə əsaslanmayan öz sportkarını buraxılması üçün razılıq verdiyini əminliklə söyləmək olar.  Bu barədə koreya istehsalçısının idman avtomobilləri və avtoidman üzrə bölümünün icraçı vitse-prezidenti Tomas Şemer bildirib.

"Hyundai N bölümünün bayraqdar modeli üzərində ciddi cəhdlə işləyirik. Bu xüsusi və Hyundai markasından gözlənilməyən bir avtomobil olacaq", - Şemer AutoRAI.nl nəşrinə müsahibəsində bildirib.Hələlik, bu avtomobilin necə olacağı barədə məlumat verilməyib. Layihə başlanğıc mərhələsindədir, lakin, yüksək vəzifəli menecer həmin modelin Hyundai RM 16 N konseptinə bənzəyəcəyinə də işarə vurub.

"Hazırda biz bu modelin məhdud sayda buraxılması barədə məlumatı nə təsdiq, nə də təkzib edə bilərik. Lakin, bu model superidman seqmentindən olacaq. Hyundai RM 16 N konseptinə baxın və sizin nəyin gözlədiyini təsəvvür edin", - Şemer söyləyib. Ehtimallara görə, Hyundai N Kia Stinger və ya Genesis G70 üslubunda sedanı deyil, iki yerli kupe hazırlayacaq. Bu kupenin ortamühərrikli arxadan çəkişli  sportkar olacağına ümid edək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh