Bapbalaca boyu ilə selə meydan oxudu - VİDEO
Avtosfer TV 28 Oktyabr 2018 22:31 199 dəfə oxunub
Bapbalaca boyu ilə selə meydan oxudu - VİDEO
Hal-hazırda Krasnodar bölgəsində fövqəladə vəziyyət elan olunub

Son günlər internetdə sellərə qərq olmuş küçələri keçən, daha dəqiq desək, “üzən”, VAZ “Oka” avtomobilinin videosu getdikcə populyarlaşır. Rusiyanın 5-ci kanalının yaydığı videoda cəsur “Oka”nın məharəti lentə alınıb. Yerli sakinlər nəfəslərini çəkərək əhvalatı izləyiblər. Yarısı su altında qalmış balaca maşının sönmədən yoluna davam edəcəyinə heç kim inanmırdı. İki insanın canını almış selin fəsadlarını aradan qaldırmağa çalışırlar. Buna baxmayaraq, maşının sürücüsü idarəetməni itirmədən Soçi sakinlərinə əsl master-klass göstərib. İzləyicilər “Oka”nın təbii fəlakətlə mübarizəsini alqışlarla qarşılayıblar. Xatırladaq ki, Rusiyanın Krasnodar bölgəsini anomal leysan yağışlar bürüyüb. Təbii fəlakət nəticəsində iki nəfər dünyasını dəyişib, daha üç nəfər isə xəsarət alıb. Hal-hazırda Krasnodar bölgəsində fövqəladə vəziyyət elan olunub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh