Benzinin qiymətinin baha olması ilə bağlı etiraz

Gündəm 4 Fevral 2015 13:54 Oxunub 2157
Benzinin qiymətinin baha olması ilə bağlı etiraz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Qiymətlər bilərəkdən qaldırılıb”

Tbilisidə “Qızılgül meydanı”nda benzinin qiymətlərinin aşağı salınması tələbi ilə aksiya keçirilir. Aksiya iştirakçıları daha sonra Dövlət dəftərxanasına doğru yürüş edib, aksiyanı davam etdirəcəklər. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, etiraz aksiyasını “Kartuli dasi” partiyası təşkil edib. Partiya lideri Condi Baqaturiya bildirib ki, bu günkü etiraz aksiyası xəbərdarlıq xarakteri daşıyır və əgər benzinin qiymətləri dərhal aşağı salınmasa və beynəlxalq qiymətlərə müvafiq olmasa, onlar daha geniş miqyaslı aksiyalar keçirməyi planlaşdırır. “Bütün dünyada yanacağın qiyməti düşüb. Lakin Gürcüstanda qanunsuz kartel müqaviləsi ilə qiymətlər bilərəkdən qaldırılıb. Nəticədə hakimiyyət və rüşvətxor məmurlar qanunsuz olaraq xalqdan ildə 482 milyon yığır və bu, cinayətdir. Bundan başqa “Gürcü arzusu” söz vermişdi ki, qazın qiymətləri yarıya qədər azalacaq, lakin bunun əvəzində kommersiya sektoru üçün qiymətlər 20% bahalaşdı. Bu isə öz növbəsində qiymətlərin artımına səbəb olaraq Gürcüstan iqtisadiyyatına mənfi təsir edəcək”, - Baqaturiya deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh