Lüis Hemilton "Formula 1" üzrə 5 qat dünya çempionu olub

Yarışma 29 Oktyabr 2018 08:20 Oxunub 1525
Lüis Hemilton "Formula 1" üzrə 5 qat dünya çempionu olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lüis Hemilton əvvəllər 2008, 2014, 2015 və 2017-ci illərdə dünya çempionu olub

"Formula 1" üzrə Meksika Qran Prisinə yekun vurulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, yarışın qalibi adına "Red Bull" pilotu Maks Ferstappen layiq görülüb. 71 mərhələdən ibarət yürüşün yekununda o, 1 saat 38 dəqiqə 28,851 saniyə nəticə göstərib. Sonrakı iki yeri "Ferrari" pilotları Sebastyan Fettel və Kimi Raykkonen tutub. "Mercedes"in digər pilotu Lüis Hemilton 4-cü yeri tutsa da, karyerasında 5-ci dəfə dünya çempionu adını vaxtından əvvəl qazanmağı bacarıb. Britaniyalı idmançı bu göstəricidə argentinalı mərhum pilot Xuan Manuel Fanxio ilə bərabərləşib. Hamıdan çox titul isə almaniyalı Mixael Şumaxerdədir. Onun 7 dünya çempionluğu var. Mövsümün sonuna 2 mərhələ qalmış Hemilton 358 xalla 1-ci, Fettel 294 xalla 2-ci, Raykkonen 236 xalla 3-cüdür. Avtomobillərin yarışında isə "Mercedes" 585 xalla 1-ci, "Ferrari" 530 xalla 2-ci, "Red Bull" isə 362 xalla 3-cü yerdə gedir. Növbəti Qran Pri 9 - 11 noyabrda Braziliyada, sonuncusu isə 23 - 25 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək. Lüis Hemilton əvvəllər 2008, 2014, 2015 və 2017-ci illərdə dünya çempionu olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh