Bakıda taksi hoqqası - FOTO

Xəbərlər 4 Fevral 2015 16:26 Oxunub 2116
Bakıda taksi hoqqası - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Rəşid Behbutov küçəsində həmişəki kimi taksilərin özbaşınalığı baş alıb gedir»

Bakının nəqliyyatında olan problemlər təkcə sərnişin avtobusu ilə bitmir. Taksi sürücülərinin davranışı az qala avtobusları geridə qoysun. Avtosfer.az xəbər verir ki, oxuculardan biri milli.az-a London taksilərinin nəinki taksi fəaliyyətinə, yol hərəkətinə məhəl qoymamasını tam çılpaqlığı ilə göstərən şəkil göndərib. Oxucu yazır ki, Rəşid Behbutov küçəsində həmişəki kimi taksilərin özbaşınalığı baş alıb gedir. Onlar tez-tez ya avtobus dayanacağını zəbt edirlər, ya da Rəşid Behbudov adına mahnı teatrının qarşısını saymazyana kəsirlər. Taksilərin özbaşınalğını göstərən fotoya baxandan sonra, yəqin ki, yol polisi ciddi tədbir görəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh