Xanım polis əməkdaşı Bakı çempionu oldu - FOTO

Yol polisi 29 Oktyabr 2018 17:15 Oxunub 2929
Xanım polis əməkdaşı Bakı çempionu oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nuriyyə Axundova dəfələrlə beynəlxalq yarışlarda yüksək nəticələr əldə edib

Oktyabrın 25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı çempionatı keçirilib. Paytaxt birinciliyində 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) medallar uğrunda mübarizə aparıb. Yarışın ilk günü qadınların mübarizəsi yekunlaşıb və qaliblər müəyyənləşib. DİN-in Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Nuriyyə Axundova bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb. Təmsilçimiz  çəkisi 63 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını qazanıb və daha böyük qələbələr qazanmaq iddiasında olduğunu bir daha təsdiq edib.
Qeyd edək ki, N.Axundova dəfələrlə ölkə birinciliyinin qalibi olub, beynəlxalq yarışlarda yüksək nəticələr əldə edib.
Nuriyyə Axundovanın məşqçisi, DİN İdman Cəmiyyətinin cüdo bölməsinin rəhbəri Zakir Kərimov bu qələbənin yetirməsi üçün çox önəmli olduğunu, onu gələcək yarışlara həvəsləndirdiyini dedi.

 

Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh