Tıxacda səbrli olmağın yolları

Avtoxəbər 5 Fevral 2015 00:51 Oxunub 1652
Tıxacda səbrli olmağın yolları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mütəxəssislər tıxacda sakit qala bilmək üçün sürücülərə bəzi məsləhətlər verib

Özəlliklə Bakı kimi meqapolis şəhərin hər gün tıxac problemi olur. Tıxacda uzun saatlar keçirməyin insan psixologiyasına mənfi təsir etdiyini vurğulayan mütəxəssislər tıxacda sakit qala bilmək üçün sürücülərə bəzi məsləhətlər verib. 

Avtosfer.az həmin məsləhətləri təqdim edir. 

Yola mümkünsə doyunca yatmış, dincəlmiş və qarnınız tox halda çıxın. 

Maşının içindəki istiliyin çox yüksək ya çox az olmamasına diqqət edin. 

Oturduğunuz oturacağın bədəninizə uyğun bir pozisiyada olmasına diqqıt edin. Uzun müddət tıxacda qalsanız oturacağın vəziyyətini tez- tez dəyişdirin. 

Dinlədiyiniz musiqi ya radio dalğanın diqqətinizi dağıtmadığından əmin olun. 

Yola çıxacağınız saatı və alternativ yolları planlamaq yaxşıdır. 

Yanınızdakı sərnişinlə önəmli məsələləri danışmaqdan, mübahisə etməkdən qaçın. 

Tıxacda xətalı maşın idarə edənlər sürücü görəndə sizin daha diqqətli olmalı olduğunuzu düşünün. Belə sürücülər çoxdur! 

Maşında səsli kitablar dinləyə bilərsiz. 

Məhz sizin zərər gördüyünüz yol hadisələrində sakit qalmaq çətin olsa da təhqirə yol vermək vəziyyəti daha da gərginləşdirər. 

Tələsmək getmək istədiyiniz yerə sizi çatdırmaz, əksinə diqqətinizi zəiflədir və gərginliyinizi artırar. 

Tıxacda həmişə ziyan görən tərəf siz olursuzsa, bir müddət ara verib ictimai nəqliyyat vasitələrindən istifadə edin. 

Tıxac maşın çoxluğundan deyil, qaydalara düzgün əməl edilməməsindən dolayı yaranır. 

Hər vəziyyət və şərtdə yol qaydalarına əməl edin! 

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh