189 nəfəri öldürən təyyarənin qəzaya uğrama anı - DƏHŞƏTLİ VİDEO
Avtosfer TV 29 Oktyabr 2018 21:18 184 dəfə oxunub
189 nəfəri öldürən təyyarənin qəzaya uğrama anı - DƏHŞƏTLİ VİDEO
Sərnişinlər təkbir və şəhadət gətirərək qorxu ilə qışqırdığı eşidilir

Bu gün səhər saatlarında İndoneziyanın Yava adasının qərb sahilində qəzaya uğrayan təyyarənin son görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, təyyarənin göyərtəsində çəkilən görüntülərdə sərnişinlər təkbir və şəhadət gətirərək qorxu ilə qışqırdığı eşidilir. Qeyd edək ki, İndoneziyada "Lion Air" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi bu gün səhər saatlarında qəzaya uğrayıb. İndoneziyanın "Detik.com" xəbərlər portalının ölkənin Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, təyyarənin içində qəza dəqiqəsində 189 nəfər olub. Onlardan 3-ü uşaq olmaqla, 181-i sərnişindir. Digərləri isə 2 pilot və 6 bort əməkdaşıdır. Onların hamısı həlak olub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh