Bu dəfə yol polisi maşınlarının qayda pozuntusuna baxın - VİDEO

Xəbərlər 4 Fevral 2015 23:42 Oxunub 5593
Bu dəfə yol polisi maşınlarının qayda pozuntusuna baxın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisləri körpünün üstündə maşın saxlayıb və yolu kəsiblər

Əhəd Məmmədov adlı oxucu Avtosfer.az-a maraqlı video göndərib. Oxucu özü videoya maraqlı şərhlər də yazıb. Fevralın 3-də çəkilən bu videoda yol-patrul xidməti avtomobillərinin qayda pozuntusu da əksini tapıb. Onlar yolun hərəkət hissəsində, üstəlik, körpünün üstündə maşın saxlayıb cərimə yazırlar. Oxucu isə daha maraqlı bir məqama toxunub. Belə ki, DYP avtomobillərindən birinin yan hissəsinə və və baqajına 951, nömrə nişanı isə 90 YP 751 yazılıb. İkinci patrul avtomobili - 90-YP-634 isə yolun hərəkət hissəsində dayanıb və göründüyü kimi, digər nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədir.

Əhəd Məmmədov belə yazır: «Sizcə, bu videoda neçə qayda pozuntusu var? Səbəbkar kim(lər)dir? Bura «VAZ»ın dairəsindəki körpünün üstüdür...».

Avtosfer.az həmin videonu təqdim edir.

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh