Təzə başçı köhnə maşına minmək istəmir? - TENDER ELAN EDİLDİ

Avtoxəbər 30 Oktyabr 2018 17:53 Oxunub 1419
Təzə başçı köhnə maşına minmək istəmir? - TENDER ELAN EDİLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tender iştirakçılarına təklif edilir ki...

Sərlövhəyə izah və ya epiqraf əvəzi: Bu gün (saat 15:45-də) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edildi. Təyinat xəbərinin yayımlanmasından 44 dəqiqə sonra (saat 16:24-də) Beyləqan Rayon İcra Hakimiyyəti Xidməti minik avtomobili ilə bağlı açıq tender elan etdi.

Avtosfer.Az "Kommersant.az"a istinadən tender şərtlərini təqdim edir:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - Xidməti minik avtomobili

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Beyləqan, Heydər Əliyev 25 (Əlaqələndirici şəxs :Tender Komissiyası, telefon :(070) 362-31-01) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 50 manat

Hesab: AZ02CTRE00000000000002514131
VÖEN 3900191441
Bank: Kapital Bank Beyləqan filialıÂ
Kodu: 200402
VÖEN: 9900003611
M/H: Az37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIB2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak etmək üçün yazılı müraciət; Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; Tender təklifi(zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır); Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayışİddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-11-22 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-11-29 18:00qədər Beyləqan, Heydər Əliyev 25 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-11-30 15:00 tarixində Beyləqan şəhər Heydər Əliyev 25 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

ŞƏRH YAZ
Ad

E-mail

Şərh