Dünyanın ən etibarlı avtomobilləri AÇIQLANDI

Avtoxəbər 30 Oktyabr 2018 23:15 Oxunub 1050
Dünyanın ən etibarlı avtomobilləri AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Amerikanın “Consumer Reports” jurnalının qiymətləndirmələrinə görə

Yaponiyanın “Lexus” avtomobil markası Amerikanın “Consumer Reports” jurnalının qiymətləndirmələrinə görə dünyanın ən etibarlı avtomobili hesab edilib. O, ötən ilki reytinqə başçılıq edən “Toyota”nı qabaqlayıb. Bu markanın ən etibarlı avtomobili “Lexus GS” olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı jurnalın saytında məlumat yerləşdirilib.  Siyahıda üçüncü yeri “Mazda” avtomobilləri tutub. Dördüncü yerdə “Subaru”, 5-ci yerdə isə “Kia” avtomobilləri qərarlaşıb. “Kia” ötən ilə nisbətən 2 pillə geriləyib.  Altıncı yeri “İnfiniti” avtomobili tutub. Avropanın ən yaxşı brendi “Audi” bu siyahıda 7-ci olub. Siyahıda BMW avtomobilləri 8-ci, Britaniyanın “Mini” avtomobili 9-cu yerdə qərarlaşıb. İlk onluğu “Hyundai” qapayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh