Vağzalda dilənən qadın iş adamının anası çıxdı
Maraqlı 1 Noyabr 2018 04:48 95 dəfə oxunub
Vağzalda dilənən qadın iş adamının anası çıxdı
Onun müxtəlif banklarda hesabları var

Çinin Hancjou şəhərinin dəmir yolu vağzalının rəhbərliyi sərnişinlərə müraciət edərək vağzal ərazisində dilənçilik edən yaşlı qadına pul verməməyi məsləhət görüb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb həmin qadının zəngin olmasıdır.  Onun oğlu bildirib ki, anasının müxtəlif banklarda hesabları var.  Bundan əlavə qadının ailəsinə bir fabrik və beş mərtəbəli bina məxsusdur.  Qadının özü isə bildirib ki, bu məşğuliyyətlə biraz pul toplamaq istəyir. Onun sözlərinə görə, bir müddət sonra fiziki imkanları məhdudlaşacaq və ona baxıcı lazım olacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh