Bu şəhərdə bir sürücü 33 min 240 dəfə tıxacda qalır 

Avtoxəbər 5 Fevral 2015 17:28 Oxunub 1432
Bu şəhərdə bir sürücü 33 min 240 dəfə tıxacda qalır 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tıxac çoxluğuna görə ikinci yerdə Türkiyənin İstanbul şəhəri dayanır

Ekspertlər tıxacların ən çox qeydə alındığı ölkələrin monitorinqini aparıb. Avtosfer.az-ın avtolent.az-a istinadən verdiyi xəbərə gör, monitorinq dünyanın 78 şəhərində həyata keçirilib. Monitorinqin nəticələrinə görə, 10 ölkədə daha çox tıxacın olduğu müəyyənləşib. Statistikaya əsasən, birinci yerdə İndoneziyanın Cakarta şəhəri durur. Bu şəhərdə il ərzində bir sürücü 33 min 240 dəfə tıxacda qalır. Tıxac çoxluğuna görə ikinci yerdə Türkiyənin İstanbul şəhəri dayanır. İstanbulda bir sürücü il ərzində 32 min 520 dəfə tıxaca düşür.

Üçüncü yerdə isə Mexiko durur. Mexikoda bir sürücü 30 min 840 dəfə tıxaca düşür.

Növbəti sıralamada Moskva, Surabaya, Sankt-Peterburq, Roma, Banqkok, Qvadalaxara dayanır. Hesablamalara görə, Finlandiyanın Tamper şəhəri tıxacların az qeydə alındığı şəhərlərdən birincisidir. Belə ki, bu şəhərdə il ərzində orta hesabla bir sürücü 6240 dəfə tıxaca düşür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh