Belə insanlar maşın sürməkdən uzaq durmalıdır – Ərşad Hüseynov

Qaydalar 31 Oktyabr 2018 20:15 Oxunub 1499
Belə insanlar maşın sürməkdən uzaq durmalıdır – Ərşad Hüseynov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Onsuz da yollarımızda avtomobil sürmək hərtərəfli stresdir”

Dünən Qazax rayonunda yol-nəqliyyat hadisəsi zamanı infarkt keçirən sürücü xəstəxanada ölüb. Məlumata görə, 82 yaşı olan mərhum ürəyindən əməliyyat da keçiribmiş. Yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, sürücülük üçün əsas tələblərdən biri də sağlamlığın bu fəaliyyət üçün yararlı olmasıdır. Belə ki, mövcud tibbi tələblərə əsasən, ürəyində və magistral qan damarlarında əməliyyat olmuş şəxslərin sürüclüyə yararlığı demək olar ki, mümkün deyil: “Xüsusən də bu yaşda. Belə admlarda əməliyyatın əla keçdiyi və heç bir nəticəsi olmadığı halda da onlara sürüclük vəsiqəsi 1 il müddətə verilməli və hər dəfə kardioloqun müayinəsi müsbət olduqda növbəti 1 il üçün uzadılmalıdır”.
Ekspert belə sürücülərə tövsiyələr də verib: “Əgər yaxınlarınızda kimdəsə belə və sürücülüklə bir araya sığmayan buna bənzər sağlamlıq problemləri varsa, deyin ki, sükandan uzaq dursun. Onsuz da yollarımızda avtomobil sürmək hərtərəfli stresdir. Belə vəziyyətdə olan adam xırda bir gərginlik keçirdikdə, özünü tam itirə və ya elə sükan arxasında dünyasını dəyişə bilər. Hərəkət edən avtomobilin bu səbəbdən idarəedilməz olması isə ətrafdakılar üçün dəhşətli faciələr deməkdir. Axı heç kim yolda, bəzən hətta avtomobildə də tək olmur.
Əminəm ki, həmin baba qəzaya düşüb infarkt keçirməsəydi (yaxud sükan arxasında infarkt keçirib qəzaya düşməsəydi), hələ bir müddət yaşayacaqdı”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh