Cərimə yazılmır deyə özbaşınalıq edən sürücü yolu kəsdi - FOTO
Avtoreyd 1 Noyabr 2018 08:33 388 dəfə oxunub
Cərimə yazılmır deyə özbaşınalıq edən sürücü yolu kəsdi - FOTO
"Chevrolet"in fotosu sosial şəbəkələrdə yayılaraq qınaq obyektinə çevrilib

Paytaxtda dayanma durma qaydasını kobud şəkildə pozan sürücülərin sayı gündən-günə artmaqda davam edir. Bunun səbəbi isə sürücülərin məsuliyyətdən kənar qalmasıdır. Avtosfer.az xəbər verir ki, fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan pandusdan keçərək avtomobili səkidə park edən 99-GG-969 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin fotosu sosial şəbəkələrdə yayılaraq qınaq obyektinə çevrilib. 

Səkilərin piyadalar üçün nəzərdə tutulmasını bilmək üçün xüsusi intellektə və ya yüksək biliyə malik olmağa ehtiyac yoxdur. Hamı birmənalı olaraq bilməlidir ki, dayanma durma qadağan olunan yerdə avtomobili park etmək qadağandır. Sənin harasa tələsməyinə görə və ya öz rahatçılığını təmin etmək üçün qayda pozmağın digər hərəkət iştirakçılarının rahatçılığının pozulması ilə nəticələnməməlidir!

 

Təbriz

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh