Tovuzda avtomobil dərəyə aşdı: yaralananlar var – FOTO

Avtosfer Foto 31 Oktyabr 2018 20:24 Oxunub 1594
Tovuzda avtomobil dərəyə aşdı: yaralananlar var – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Tovuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə rayonun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxıb və dərəyə yuvarlanaraq çaya düşüb. Nəticədə 4 nəfər - Tovuz rayon Bayramlı kənd sakinləri - 1978-ci il təvəllüdlü Xəyalə Rəşid qızı Cəfərova, 1971-ci il təvəllüdlü Cəmil Kamil oğlu Cəfərov, 1962-ci il təvəllüdlü Rəşid Kamil oğlu Cəfərov və 1976-cı il təvəllüdlü Samirə Əli qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

***16:57

Tovuz rayonunda avtomobil dərəyə aşıb, yaralılar var. Hadisə rayonun Kirən kəndi ərazisində baş verib.  Belə ki, "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə bir neçə nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

Report

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh