Avtomobil almaq istəyənlərin nəzərinə - Bakıda bahalı maşınlar ucuzlaşıb
Avtoxəbər 31 Oktyabr 2018 21:18 104 dəfə oxunub
Avtomobil almaq istəyənlərin nəzərinə - Bakıda bahalı maşınlar ucuzlaşıb
"Sentyabrda avtomobil bazarında təkliflər portfeli 0,48 faiz azalıb"

2018-ci ilin sentyabr ayında Bakının avtomobil bazarında orta qiymət 28.011 manat təşkil edib. Avtosfer.az xəbər verir ki, bunu ekspert Nüsrət İbrahimov deyib. N.İbrahimov bildirib ki, mühərrik həcmi 2-dən az olan avtomobillərin orta qiyməti 15.302 manat təşkil edib və bu kateqoriyaya aid avtomobillərin qiymətində 6.75 faiz artım qeydə alınıb. Onun sözlərinə görə, mühərrik həcmi 3-dən böyük olan avtomobillərin 55.866 manat və qiymətdə 7.57 faiz azalma olub. N.İbrahimov bildirib ki, sentyabr ayında ümumilikdə 1444 ədəd avtomobil satışa çıxarılıb: “Əvvəlki ayla müqayisədə sentyabrda avtomobil bazarında təkliflər portfeli 0,48 faiz azalıb".

ŞƏRH YAZ
Ad
E-mail
Şərh