Avtobus sürücüləri qoçuluq edir – Qırmızıdan keçir, qapısı açıq sürür - VİDEO
Avtosfer TV 1 Noyabr 2018 00:44 257 dəfə oxunub
Avtobus sürücüləri qoçuluq edir – Qırmızıdan keçir, qapısı açıq sürür - VİDEO
“Çinar Trans” şirkətinin sürücüləri qanunları saymır

Bakıda qayda pozan iki avtobus sürücüsü Avtosfer.az-ın kamerasına düşüb. Hər iksi də “Çinar Trans” şirkətinə məxsus avtobuslar olub. Belə ki, oktyabrın 30-da paytaxtın Zərifə Əliyeva küçəsində svetoforun qırmızı işığının son saniyələrini gözləməyən 88 saylı marşrut xətti üzrə fəaliyyət göstərən 99-JX-457 qeydiyyat nişanlı avtobusun sürücüsü qırmızı işıqda yolayrıcına daxil olaraq hərəkətini davam edib.
Həmin tarixdə Cəfər Xəndan küçəsində yenə də 88 saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobus sürücüsü, hərəkət zamanı avtobusun hər iki qapısını açıq vəziyyətdə saxlayıb. Əməkdaşımız sürücüyə irad bildirdikdən sonra qapıları bağlayaraq hərəkətinə davam edib.

Bu qədər avtobus qəzalarının baş verməsinə, sürücülərin tənbeh olunmasına, müxtəlif üsullarla cəzalandırılmasına, hətta işdən azad olunmasına baxmayaraq yenə də avtobus sürücüləri nəticə çıxarmır.
Qeyd edək ki, bu videolardakı hər iki sürücü yaşlıdır. Lakin buna baxmayaraq onlar baş verə biləcək bədbəxt hadisəni öncədən düşünmürlər. Deməli burada təcrübə də bir rol oynamır. 

 

Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh