“Xaliq Faiqoğlu” MMC sərnişinlər arasında sorğu keçirib - FOTO
Qaydalar 1 Noyabr 2018 01:15 92 dəfə oxunub
“Xaliq Faiqoğlu” MMC sərnişinlər arasında sorğu keçirib - FOTO
Avtobusun rahatlığı, təmizliyi, interval, sürücülərin davranışı və digər bəndlər qiymətləndirilib

“Xaliq Faiqoğlu” MMC oktyabrın 29-30-da Bakı şəhərində istismarında olan xətlərdən 4-nün (18, 61, 65 və 85 saylı xətlər) keçdiyi ərazilərdə xidmət səviyyəsinin ölçülməsi və artırılması məqsədi ilə sərnişinlər arasında sorğu keçirib. Bu məqsədlə yaradılmış 10 nəfər şirkət əməkdaşından ibatrət komissiya 5 qrup formasında sərnişinlərin sıx olduğu ərazilərdə onlarla sorğu keçirib. 300 nəfərdən artıq şəxsin iştirak etdiyi sorğuda avtobusun rahatlığı, təmizliyi, avtobuslar arası interval, sürücülərin davranışı və sair kimi bəndlər qiymətləndirilib. Belə ki, sorğu iştirakçılarından 233 nəfəri (80 faizə yaxın) şirkətimizin əhaliyə göstərdiyi xidmətlə bağlı tam məmnuniyyətlərini ifadə ediblər. Digər sorğu iştirakçıları əsasən taksilərin dayanacaq ərazilərini zəbt etməsi, günün müəyyən saatlarında avtobuslar arasındakı intervalın pozulması və ödəmə aparatlarının az olması və ya nasazlığı ilə bağlı irad və təkliflərini bildiriblər.
Sorğunun gedişində xidmət səviyyəsinin qiymətləndirilməsi də həyata keçirilib. Şirkətimizin əməkdaşları sərnişinlərlə maarifləndirici söhbətlər apararaq onlara maraqlı ola biləcək məlumatlar veriblər.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC “SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. MMC rəhbərliyinin təsdiqlədiyi tədbirlər planına əsasən ildə iki dəfə sərnişinlər arasında sorğular həyata keçirilir.

 

Fərid

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh