Yol polisi qəzaya düşdü; 5 yaralı

Avtoxəbər 6 Fevral 2015 01:22 Oxunub 2569
Yol polisi qəzaya düşdü; 5 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Opel» və «BMW» markalı 10 YP 448 nömrəli avtomobillər toqquşub

Dünən gecə saatlarında Səbail rayonu ərazisində polis avtomobili digər maşınla toqquşub. “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 01:30 radələrində Nizami-Zorge küçələrinin kəsişməsində Qəbələ rayon sakini 1990-cı il təvəllüdlü Tural Bəhruz oğlu Alıyevin idarə etdiyi «Opel» markalı 99 BL 554 nömrəli və xidmətdə olan Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru polis serjantı 1986-cı il təvəllüdlü Abbasəli Pərviz oğlu Ələkbərovun idarə etdiyi «BMW» markalı 10 YP 448 nömrəli avtomobillər toqquşub. Nəticədə T.Alıyev, sərnişinləri 1985-ci il təvəllüdlü Ayaz Eyyubov, 1980-ci il təvəllüdlü Bəhruz Rüstəmov, polis serjantı A.Ələkbərov və inspektor polis leytenantı 1985-ci il təvəllüdlü Arzuman Arzumanlı Kliniki Tibbi Mərkəzdə yardım alıb evə buraxılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh