Bakı Funikulyoru yenidən fəaliyyətə başladı - FOTOLAR

Avtosfer Foto 1 Noyabr 2018 13:26 Oxunub 1503
Bakı Funikulyoru yenidən fəaliyyətə başladı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Funikulyorun stansiyaları və vaqonlarda profilaktika işləri görülüb

Bir müddət idi ki, profilaktika işləri ilə əlaqədar işləməyən paytaxtımızın rəmzlərindən birinə çevrilmiş Bakı Funikulyoru artıq bu gündən yenidən fəaliyyətinə başlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, keçən müddət ərzində Funikulyorun stansiyaları və vaqonlarda cari profilaktika işləri görülüb, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunub, texniki təhlükəsizlik qaydaları tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılmış, funukulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib. Texniki problemləri aradan qaldırmaq üçün tələb olunan avadanlıq xaricdən gətirilib. Işçilər yeni geyimlərlə təmin olunublar. Bakı Lift-Təmir İstehsalat Birliyi tərəfindən burada aparılan işlər başa çatdirilib və Funikulyorun fəaliyyətinə start verilib.
Bakı Funikulyorunun rəisi Tofiq İsmayılov bildirmişdir ki, şəhərimizdə funikulyor 1960-ci ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı Funikulyorunun qatarları xüsusi sifarişlə Leninqrad, avadanlıqlar isə Xarkov şəhərində hazırlanaraq paytaxımıza gətirilib. Funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 3,0 metr sürətlə hərəkət edərək 3 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən Funikulyorda vaqonlar arası interval 10 dəqiqə olub. Funikulyor saatda orta hesabla 300 sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib.
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən 2012-ci ildə Bakı Funikulyorunda əsaslı təmir-yenidənqurma işləri aparılıb, yeni vaqonlar alınıb və  2012-ci il mayın 23-də aşılışı keçirilib. 
Yenidən istifadəyə verilən Funikulyorun ilk sərnişinləri isə media nümayəndələri olublar.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh