İlin ən qalmaqallı sərgisi başlanacaq - FOTO
Maraqlı 2 Noyabr 2018 00:26 77 dəfə oxunub
İlin ən qalmaqallı sərgisi başlanacaq - FOTO
Londonda sərgi bu ay açılacaq

Britaniyanınq paytaxtı Londondakı Kral Sənət Akademiyasında qalmaqallı sərgiyə hazırlıq gedir. Qalereyada avstriyalı rəssamlar, rəngkarlıqda "seksual sənət" cərəyanının baniləri Qustav Klimt və Eqon Şilenin əsərləri nümayiş olunacaq. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Vyanata sənətinin iki dühası, möhkəm dostluq və parlaq yaradıcılıq azadlığı baxımından "əkiz" sayılan Qustav Klimtlə Eqon Şile bir zamanlar Avropanı şoka salmışdılar. 1918-ci ildə hər ikisi qripdən vəfat edənədək bu iki dost şedevrlər yaradıblar. Dəbdəbəli yaşamı sevən Klimt əsərlərində Vyana elitasının qlamur həyatını canlandırırdısa, ondan 30 yaş kiçik olan Şile özünü, təhtəlşüurunu, daxili münaqişələrini anlamağa çalışırdı. Vyanadakı rəssamların qatılmaları məcburi sayılan "Künstlerhaus" Yaradıcılıq Birliyini tərk edəndən sonra Klimtlə Şile "Vyana Sesessionu" adlı birlik yaratmışdılar. Həmin birliyin manifesti isə Klimtin 1899-cu ildə çəkdiyi "Nuda Veritas" əsəri sayılır. Eqon Şile yeniyetmələrin çılpaq vücudlarını çəksə də, özünə müəllim saydığı Klimtin ölümündən sonra naturaçı fiqurlarla çalışmayıb. Londonda sərgi noyabr ayında açılacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh