"Audi" 6,7 minə yaxın avtomobili geri çağırır

Avtoxəbər 1 Noyabr 2018 16:01 Oxunub 1300
"Audi" 6,7 minə yaxın avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək

"Volkswagen Group Rus" şirkəti Rusiyada 6,7 minə yaxın "Audi" markalı avtomobili geri çağırıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, qərar soyuducu maye nasosunda qeydə alınan qüsurlarla əlaqədardır. Məlumatda qeyd olunur ki, bu qüsur bəzi hallarda qurğuların əriməsinə səbəb ola bilər. Qeyd edək ki, geri çağırılma 2012-2017-ci illər arasında Rusiyada satılmış A4, A5, A6 və Q6 modellərinə şamil olunur. Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh